Miqrantların qayığı gəmi ilə toqquşdu


Dünya 09 Okt 2017 14:26:00 337 0

Miqrantların qayığı gəmi ilə toqquşdu

Aralıq dənizində Tunisə məxsus gəmi ilə miqrantları daşıyan qayıq toqquşub.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı səkkiz miqrant həlak olub.

Qeyd olunur ki, ölənləri sayı arta bilər. Belə ki, qəza zamanı qayıqda 70-dən çox miqrantın olduğu bildirilir.

Son məlumata görə, miqrantların əksəriyyəti xilas olunsa da, itkin düşənlər də var.