Sumqayıtda qəza - "Mercedes" iki qadını vurub öldürüb


Digərləri 09 Okt 2017 14:20:00 429 0

Sumqayıtda qəza - "Mercedes" iki qadını vurub öldürüb

Sumqayıtda avtomobil iki piyadanı vurub öldürüb.

Bakı. Sumqayıtda avtomobil iki piyadanı vurub öldürüb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 8-də saat 20 radələrində Sumqayıt şəhəri ərazisində Qubadlı rayon sakini Orxan Həziyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Yardımlı rayon sakini - Xalidə Rzayevanı və Zəngilan rayon sakini Sahibə Səfərlini vurub. Piyadalar hadisə yerində ölüblər. Sumqayıt ŞPİ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.