Veysəloğlu Qrup iş axtaran tələbə və məzunlara informasiya sessiyaları təşkil edib (FOTO)


Digərləri 09 Okt 2017 14:29:49 355 0

Veysəloğlu Qrup iş axtaran tələbə və məzunlara informasiya sessiyaları təşkil edib (FOTO)

Veysəloğlu Şirkətlər Qrupu 11-ci Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgisində iştirak edib.

Bakı. Veysəloğlu Şirkətlər Qrupu 11-ci Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgisində iştirak edib. Şirkətdən Trend-ə verilən məlumata görə, Təhsil Nazirliyinin dəstəyi ilə "Baku Expo Center"də 6-8 oktyabr tarixində baş tutan sərgidə “Veysəloğlu Qrup” da öz stendi ilə iştirakçıların xidmətində olub. Sərgi çərçivəsində şirkətin əməkdaşları iş axtaran universitet tələbələri və məzunları üçün informasiya sessiyaları təşkil edib, “Veysəloğlu Qrup”da yaranmış mövcud vakansiyalarla bağlı sərgi iştirakçılarını məlumatlandırıblar. Eyni zamanda, universitet tələbələrinin və məzunlarının Veysəloğlu Tələbə Təqaüdü və Təcrübə proqramları ilə bağlı suallarını cavablandırıblar. Sərginin əsas məqsədlərindən biri tələbələr və ali təhsil müəssisələrini bitirərək əmək fəaliyyətinə başlamaq ərəfəsində olan məzunlarla vakant iş yeri təqdim edən müəssisələrin nümayəndələri arasında əlaqələr yaratmaq, iş axtaran gənclərə məsləhətlər vermək, onlara gələcək karyeralarını qurmaqda yardım etmək olub. Qeyd edək ki, sərgiyə 24 ölkədən 144 iştirakçı qatılıb.