"Bu, qəbahət deyil" "Böyük Ermənistan" xəritəsini təqdim edənlər


Digərləri 09 Okt 2017 14:01:00 345 0

"Bu, qəbahət deyil"  "Böyük Ermənistan" xəritəsini təqdim edənlər

Orta məktəblərin 10-cu sinfi üçün nəzərdə tutulmuş rus dilində tarix dərsliyində yer almış xəritədə Azərbaycan, Türkiyə, İran və Gürcüstanın torpaqlarını əhatə edən "Dənizdən-dənizə Böyük Ermənistan" dövlətinin təsvir olunması ilə bağlı tənqidi müzakirələr bitmək bilmir. 

Bir neçə gündür ki, sosial şəbəkələrdə Təhsil Nazirliyi, kitabın çap olunduğu "Şərq-Qərb" nəşriyyat evi və kitab müəllifləri sərt tənqid olunur. 

Son.az xəbər verir ki, Təhsil Nazirliyi məsələ ilə bağlı qafqazinfo-nun sorğusuna cavab olaraq həmin dərsliyin Azərbaycan dilində olan orijinalında və gürcü dilində tərcüməsində səhvə yol verilməsə də, rus dilində olan variantında texniki səhvin olduğunu bildirib.

"Aşkarlanmış səhv dərsliyi nəşr və çap edən "Şərq-Qərb" nəşriyyatı tərəfindən aradan qaldırılıb və dərslik yenidən çap olunaraq məktəb kitabxanalarına təhvil verilib". 

"Şərq-Qərb" nəşriyyat evindən münasibət öyrənməyə cəhd göstərsək də, nəşriyyatdan müdriyyətin olmadığını və bununla bağlı hər hansı bir açıqlama verə bilməyəcəklərini qeyd ediblər. 

Maraqlıdır ki, nazirlik kitapın çapında texniki səhv olduğunu etiraf etsə də, məşhur ekspert Kamran Əsədov açıqlamasında həmin xəritənin 25 ildir ki, dərsliklərdə istifadə olunduğunu və bir ay ekspert nəzarətindən çıxdığını söyləyib: "Xəritədə Armeniya vilayətinin adı silinməklə 4 dildə dərslik nəşr etmək, onu tam ibtidaidən yazmaq, redaktə etmək qısa müddət üçün çox çətindir. Dərsliyi yazıb tenderə qoşulduq. Ona ekspertlər də baxıb və bir ay ictimai müzakirəyə çıxarılıb. Heç bir şəxs o qeydlə bağlı bizə məlumat verməyib ki, bu var. Əlbəttə ki, Azərbaycan və digər dillərdə olan nəşrlər kimi həmin adın silinməsi daha məqsədəuyğun olardı, amma bu, bizim tarixdən qaçmağımız deməkdir. Heç kim demir ki, bu xəritə böyük Ermənistan dövlətinin xəritəsidir. Bu, tarixdə e.ə ll b.e.III əsrlərinə aid Roma imperiyasının xəritəsidir, sərhədləridir və onun vilayətləridir".

Dərsliyin müəlliflərindən biri olan Faiq Babayev də həmkarının fikirlərini dəstəkləyərək mediada yer alan fotonun xəritənin bir hissəsi olduğu üçün faktları təhrif etdiyini bildirib:


Xəbərə aid foto