Nasri: "Ben Arfanı PSG öz istəyi ilə transfer etmişdi"


İdman 09 Okt 2017 14:07:00 349 0

Nasri: "Ben Arfanı PSG öz istəyi ilə transfer etmişdi"

"Antalyaspor"un yarımmüdafiəçisi Samir Nasri həmyerlisi Hatem ben Arfanın düşdüyü vəziyyəti nəzərdən keçirib. Goal.az xəbər verir ki, Nasri PSG-nin 30 yaşlı futbolçunu ötən yay buraxmalı olduğunu qeyd edib.

"Bunu başa düşmürəm. Futbolçu oynamağı sevirsə, meydana çıxmalıdır. Mən ehtiyatda otursam və ya əvəzedici komandaya göndərilməklə heç vaxt razılaşmaram. PSG güzəştə gedib müqaviləsinin bitməsinə 6 ay qalan Ben Arfanı buraxa bilərdi. Unutmaq olmaz ki, Ben Arfanı PSG öz istəyi ilə transfer etmişdi. Futbolçu transferinə 220 və 180 milyon avro sərf edirsənsə, oyunçunu pulsuz buraxmaq sənə maliyyə baxımından təsir etməz".