Sumqayıtda avtomobil dirəyə çırpıldı - 1 ölü 2 yaralı


Digərləri 09 Okt 2017 13:59:00 232 0

Sumqayıtda avtomobil dirəyə çırpıldı - 1 ölü 2 yaralı

Sumqayıtda ölümlə nəticələnən yol qəzası baş verib.

Bakı. Sumqayıtda ölümlə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 9-da gecə saat 2 radələrində Sumqayıt şəhəri Sülh küçəsində şəhər sakini Orxan Məmmədov idarə etdiyi “Volkwagen” markalı avtomobili yolun kənarındakı işıq dirəyinə vurub. Nəticədə sürücü və 2 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan İ.Babayev orada ölüb. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.