Azərbaycan - Körfəz Ölkələri Əməkdaşlıq Şurası biznes-forumu keçiriləcək


Digərləri 09 Okt 2017 13:47:00 343 0

Azərbaycan - Körfəz Ölkələri Əməkdaşlıq Şurası biznes-forumu keçiriləcək

Azərbaycan - Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının (KƏŞ) üzv ölkələri biznes-forumu keçiriləcək.

Bakı. Azərbaycan - Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının (KƏŞ) üzv ölkələri biznes-forumu keçiriləcək. Trend Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən məlumat verir ki, 19-20 oktyabr 2017-ci il tarixlərində İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan - KƏŞ ölkələri biznes-forumu keçiriləcək. Foruma Körfəz ərəb olkələrinin iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlərinin qatılacağı gözlənilir. Azərbaycan şirkətləri ilə B2B görüşlər oktyabrın 20-də Bakı Biznes Mərkəzində təşkil olunacaq.