Bakıda qəza törədən avtobus sürücüsü işdən çıxarıldı


Digərləri 09 Okt 2017 13:34:50 341 0

Bakıda qəza törədən avtobus sürücüsü işdən çıxarıldı

Bakıda qəza törədən sürücü marşrut xəttindən uzaqlaşdırılıb.

Son.az Trend-ə istainadən xəbər verir ki, bu gün səhər saatlarında paytaxtın Xətai rayonunda yük maşını ilə toqquşan 57 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusunu idarə edən şəxs İmanov Elnur Cəmşid oğludur.

Hadisədən dərhal sonra marşrutun sahibi sürücünün xətdən kənarlaşdırılması barədə göstəriş verib. Hazırda faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar aparılır.