Prezident İlham Əliyev bu il 14 dəfə xarici ölkələrə səfər edib


Siyasət 09 Okt 2017 13:19:15 361 0

Prezident İlham Əliyev bu il 14 dəfə xarici ölkələrə səfər edib

Dövlət başçısı: “Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır”

Azərbaycan Prezidenti İlham Əliyev bu il 14 dəfə xarici ölkələrə səfər edib. 

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib.

Dövlət başçısı 2017-ci ilin doqquz ayında beynəlxalq arenada mövqelərimizin möhkəmləndiyini, Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanındığını vurğulayıb, bu dövrdə 14 dəfə xarici ölkələrə səfər etdiyini, 10-dan çox dövlət və hökumət başçısının isə Bakıya gəldiyini deyib və hər bir səfərin Azərbaycan üçün faydalı olduğunu vurğulayıb.