Azərbaycana "Siemens" transformatorları gətirilib


İqtisadiyyat 09 Okt 2017 13:26:35 404 0

Azərbaycana "Siemens" transformatorları gətirilib

Transformatorlar Sumqayıta çatdırılıb və hər bir bağlamanın çəkisi 75 tondan artıqdır

Rusiyanın “RZD Logistika” şirkəti “Siemens” transformatorlarını Qazaxıstan və Azərbaycana çatdırıb. “Report”un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, ümumilikdə hər iki ölkəyə 3 transformator çatdırılıb.

“RZD Logistika”nın məlumatına görə, transformatorlar Sumqayıt şəhərinə təhvil verilib və hər bir bağlamanın çəkisi 75 tondan artıq olub.

Layihə Cənub-Şərqi Dəmiryolu Xətti ilə birlikdə ümumilikdə 10 günə həyata keçirilib.