Avtomobil maneəyə çırpıldı,


Digərləri 09 Okt 2017 13:28:00 397 0

Avtomobil maneəyə çırpıldı,

Samux rayonunda avtomobil qəzası baş verib.

Son.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Qırmızı Samux kəndi ərazisində qeydə alınıb.   Kənd sakini, 1984-cu il təvəllüdlü Musayev Elman Ələsgər oğlu idarə etdiyi "VAZ-2107" markalı avtomobili maneəyə çırpıb.

Nəticədə özü və sərnişini xəsarət alıb. Həkimlər sərnişinin vəziyyətini normal, sürücünün durumunu isə orta-ağır kimi qiymətləndiriblər.  Faktla bağlı araşdırma aparılır.