Batista: "Argentina millisində 10 ildə 7 baş məşqçi dəyişib"


İdman 09 Okt 2017 13:27:00 381 0

Batista: "Argentina millisində 10 ildə 7 baş məşqçi dəyişib"

Argentina millisinin sabiq baş məşqçisi Serxio Batista federasiyanın tez-tez məşqçi dəyişdirməsini tənqid edib.

Goal.az xəbər verir ki, təcrübəli mütəxəsis "Ole" nəşrinə bunları deyib:

"Artıq uzun zamandır coşğun qələbə arzusu ilə komandanı tənqid edirik. Millidə 10 ildən artıq oynayan futbolçular var. Bu müddətdə Argentinada 7 məşqçi çalışıb. Hər 5 oyundan sonra məşqçi dəyişikliyi olurda, bu, komandanın çıxışına öz təsirini göstərir. Martino bir, Bauza isə başqa oyun taktikasına üstünlük verir. Sonra digərlərindən tam fərqlənən Sampaoli gəlir. Gözləməyə artıq vaxt qalmır".