Aleksandr Lukaşenko: "Belarus və Azərbaycan müdafiə sahəsində əməkdaşlığı gücləndirəcək"


Siyasət 09 Okt 2017 13:13:23 356 0

Aleksandr Lukaşenko: "Belarus və Azərbaycan müdafiə sahəsində əməkdaşlığı gücləndirəcək"

"Biz suveren müstəqil dövlətik və zamana uyğun, ölkələrimizin ehtiyacları üzrə əməkdaşlıq istiqamətlərini seçməkdə azadıq"

Azərbaycanın müdafiə naziri Zakir Həsənov Minskdə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşdə ölkələr arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib.

"Report" Belarus prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, A.Lukaşenko hər iki dövlətin müdafiə imkanlarını gücləndirmək üçün hərbi-texniki sahədə əməkdaşlığı davam etdirəcəklərini vurğulayıb.

"Biz suveren müstəqil dövlətik və biz zamana uyğun, ölkələrimizin ehtiyacları üzrə əməkdaşlıq istiqamətlərini seçməkdə azadıq", - Belarus lideri bildirib.