Ev yandı: 5 nəfər öldü Rusiyada


Dünya 09 Okt 2017 13:02:27 363 0

Ev yandı: 5 nəfər öldü  Rusiyada

Rusiyanın Sverdlovsk vilayətində 5 nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Rejevsk şəhərində olub.     Yanğın nəticəsində  evdə olan 5 nəfər dünyasını dəyişib.   Hadisə yerinə üç təcili tibbi yardım briqadası cəlb edilib. Yerli polis əməkdaşının verdiyi məlumata görə, yanğın nəticəsində ölənlərin kimliyi bəlli olub. Bunlar 1949 və 1951-ci il təvəllüdlü qardaşlar və onların qonaqları - 1964, 1976, 1956-cı il təvəllüdlü şəxslər olub. Həmin şəxslərdən biri ilk dəfə təqaüd aldığı üçün bunu dostları ilə qeyd etmək istəyib.

Spirtli içki qəbul edən dostlar siqareti söndürməyi unudublar və yatıblar. Nəticədə yanğın baş verib və evdə olan 5 adam tüstüdən boğularaq ölüb. Hadisə baş verməzdən əvvəl həmin evdə 7 nəfər olub. İki nəfər yeyib-içdikdən sonra mənzili tərk edib.    Hazırda faktla bağlı araşdırma aparılır.