ABŞın İstanbuldakı konsulluğunun daha bir əməkdaşının həbs edilir


Dünya 09 Okt 2017 13:04:10 361 0

ABŞın İstanbuldakı konsulluğunun daha bir əməkdaşının həbs edilir

Türkiyə məhkəməsi ABŞ-ın İstanbuldakı baş konsulluğunun daha bir əməkdaşının həbs olunması barədə qərar qəbul edib.

Son.az report-a istinadən xəbər verir ki, kimliyi açıqlanmayan həmin şəxs Türkiyə vətəndaşıdır və konsulluqda təhlükəsizlik məsələləri ilə məşğul olur.  

Məlumata görə, şübhəli şəxs konsulluğun binasından çıxmadığı üçün hələlik onu saxlamaq mümkün olmayıb.

İnformasiyaya əsasən, Fətullahçı Terror Təşkilatına (FETÖ) maliyyə dəstəyinin verilməsi ilə bağlı təşkilat rəhbərliyinin çağırışından sonra onun həyat yoldaşı "Bank Asya"ya pul yatırıb. "Bank Asiya" isə FETÖ-nün nəzarətində olub və bağlanıb.