Tünzalə: "Həyatımda biznesmen olmayıb"


Şou-biznes 09 Okt 2017 13:05:00 428 0

Tünzalə: "Həyatımda biznesmen olmayıb"

Şəxsi sponsorum olmayıb. Yalçın mənim həyatımda biznesmen olmayıb. Hər zaman sərmayəçilər tapıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Tünzalə Ağayeva "ATV maqazin onlarla" verilişində deyib.

Müğənni sənət adamlarının sponsorlarından danışıb:

"Bir sənətkarı o qədər sevməlisən ki, hər şeyini qurban verməlisən. Maddi və mənəviyyatını onun uğurları üçün sərf edirsən. Bunu dünyanın bütün ulduzları yaşayır. Məşhur memarlıq abidələrinə çevrilən opera binaları var. Bu, bir divanın xatirinə tikilib. Buna da sponsor deyilir. Milyonçu onun şərəfinə tikdirib, amma şəxsən ondan heç nə istəməyib. Şəxsi sevgisi olub, deyib, uğruna şəhər tikərəm. Hər müğənninin, aktrisanın, pop-divanın bir taleyi var.