Bakıda ilk dəfə keçirilən "DanceAbility - İnklüziv rəqs" ustad dərsləri başa çatıb (FOTO)


Digərləri 09 Okt 2017 13:02:00 360 0

Bakıda ilk dəfə keçirilən "DanceAbility - İnklüziv rəqs" ustad dərsləri başa çatıb (FOTO)

Bakıda ilk dəfə keçirilən "DanceAbility – İnklüziv rəqs” ustad dərsləri iştirakçıların yekun performansının nümayişi ilə başa çatıb.

Bakı. Bakıda ilk dəfə keçirilən "DanceAbility – İnklüziv rəqs” ustad dərsləri iştirakçıların yekun performansının nümayişi ilə başa çatıb. Altı günlük təlim və yekun performans “Rapid Solutions” şirkətinin dəstəyilə YARAT Müasir İncəsənət Mərkəzində baş tutub. Mərasimdə Azərbaycanda akkreditə olunan diplomatik korpusların nümayəndələri, eləcə də mədəniyyət xadimləri iştirak edib. “DanceAbility Azərbaycan”ın təsisçisi və bədii rəhbəri Nigar Sultanova-Yıdırım çıxış edərək, iştirakçıların professional və qeyri-professional rəqqaslar, eşitmə və fiziki məhdudiyyətli, daun sindromlu insanlar, tələbələr və aktyorlardan ibarət olduğunu bildirib. O həmçinin qeyd edib ki, Azərbaycanda və Şərqdə ilk dəfə tətbiq edilən bu rəqs metodu insanlara özünü ifadə etmə azadlığı verərək, bütün iştirakçıların, o cümlədən müxtəlif məhdudiyyətli insanların həyata və cəmiyyətə inteqrasiyasında yardımçı rol oynayır. Daha sonra iyirmi nəfər iştirakçının qatıldığı müasir rəqs kompozisiyası qonaqlara təqdim edilib. Qafqazda və Şərqdə ilk dəfə Azərbaycanda nümayiş olunan yeni rəqs növü qonaqlar tərəfindən tərəfindən maraqla qarşılanıb. Qeyd edək ki, bu rəqs metodologiyası 1987-ci ildə ABŞ-da, Alito Alessi və Karen Nelson tərəfindən tərtib edilib. Hazırda müstəqil DanceAbility filialları Azərbaycanla yanaşı Avstriya, Finlandiya, Honq Konq, Meksika və Uruqvayda fəaliyyət göstərir. Foto: YARAT Müasir İncəsənət Mərkəzi