İlham Əliyevin üçüncü dəfə Azərbaycan Prezidenti seçilməsindən dörd il ötür


Siyasət 09 Okt 2017 12:54:20 355 0

İlham Əliyevin üçüncü dəfə Azərbaycan Prezidenti seçilməsindən dörd il ötür

Prezident İlham Əliyev 2003-cü ilin oktyabrından Azərbaycana rəhbərlik edir

Bu gün dövlət başçısı, hakim Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin üçüncü dəfə Azərbaycan Prezidenti seçilməsindən dörd il ötür. 

"Report" xatırladır ki, 2013-cü ilin oktyabrın 9-da ölkədə növbəti prezident seçkisi keçirilib və dövlət başçısı İlham Əliyev böyük səs çoxluğu ilə Prezident seçilib.

Qeyd edək ki, İlham Əliyev ilk dəfə 2003-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs verib. O, 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb.

2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73% səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Prezidenti seçilib. O, 2008-ci il oktyabrın 24-də vəzifəsinin icrasına başlayıb.

2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə seçicilərin 84,54% səsini qazanan İlham Əliyev növbəti dəfə dövlət başçısı seçilib. O, 2013-cü il oktyabrın 19-da vəzifəsinin icrasına başlayıb.