Bakıda restoranda baş verən silahlı insidentə görə həbs edilən şəxslərin məhkəməsində ekpert dindirilib


Sosial 09 Okt 2017 12:38:25 382 0

Bakıda restoranda baş verən silahlı insidentə görə həbs edilən şəxslərin məhkəməsində ekpert dindirilib

Məhkəmə iclası oktyabrın 16-na təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Badamdar qəsəbəsindəki “Bulaq” restoranında baş verən silahlı insidentdə təqsirləndirilən Bəhruz Rəfiyev, Fuad Əsgərov, Tofiq Qaramizadə, Müzəffər Cəfərov, Araz Vəliyev, Murtuza Tağıyev, Süleyman Abdullayev və Hüseyn Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə silahlı insident zamanı təqsirəndirilən B.Rəfiyevin tibbi ekspertizadan keçirlməsi ilə bağlı rəy verə ekspert Alim Huseynov ifadə verib.

O, B.Rəfiyev heç bir tibbi müayinədən keçirilmədiyini, əlini də özü məhəllələrində bağladığını deyib.

Ekspert bildirib ki, təqsirləndirilən şəxsin Travmotologiya İnstitunda müayinədən keçirilməsi ilə bağlı arayış olub.

Daha sonra məhkəmədə sənədlərin tədqiqi mərhələsi başlayıb. Məhkəmədə elan edilib ki, təqsirləndirilən şəxslər daha əvvəl də müxtəlif cinayət əməlləri törətdiklərinə görə məhkumluq həyatı yaşayıblar.

Məhkəmə iclası oktyabrın 16-na təyin edilib.

Qeyd edək ki, cinayət hadisəsi ötən il aprelin 21-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında baş verib. Hadisə zamanı F.Əsgərov və B.Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı S.Abdullayev isə bıçaqlanıb. Hər iki yaralı Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri T.Qaramizadə, H.Hüseynov, B.Rəfiyev və digər şəxslər tutulub.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə), 182-ci (hədə-qorxu ilə tələb etmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.