Misir millisinin hər futbolçusuna 83 min dollar


İdman 09 Okt 2017 12:43:00 333 0

Misir millisinin hər futbolçusuna 83 min dollar

2018-ci il dünya çempionatına vəsiqə qazanan Misir yığmasının futbolçularının hər biri 83 min dollar mükafat alacaq. Goal.az xəbər verir ki, komandanın baş məşqçisi Ektor Kuperə 500 min dollar mükafat ödəniləcək. Afrika zonasında E qrupunda çıxış edən Misir yığması evdə Konqo üzərində 2:1 hesablı qələbə sayəsində tarixində 3-cü dəfə mundiala vəsiqə qazanıb. Sona bir tur qalmış xallarını 12-yə çatdıran misirlilər ən yaxın izləyici Uqandadan 4 xal aralanıb.