Bakıda Azərbaycan-Belarus biznes-forumu keçiriləcək


Digərləri 09 Okt 2017 12:35:00 278 0

Bakıda Azərbaycan-Belarus biznes-forumu keçiriləcək

Bakıda Azərbaycan-Belarus biznes-forumu keçiriləcək.

Bakı. Azərbaycan-Belarus biznes-forumu keçiriləcək. Trend-in Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən məlumat verir ki, oktyabrın 17-də Belarus iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan-Belarus biznes-forumu keçiriləcək. Foruma iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 15-dək Belarus şirkətinin qatılacağı gözlənilir.