Bakıdakı piyada səkilərində və keçidlərində pandusların sayı artırılır


İqtisadiyyat 09 Okt 2017 12:22:12 346 0

Bakıdakı piyada səkilərində və keçidlərində pandusların sayı artırılır

Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi bu məqsədlə açıq tender elan edib

Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtdakı piyada səkilərində və eynisəviyyəli piyada keçidlərində pandusların təşkil edilməsi məqsədi ilə açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 1500 manatdır.

İddiaçılar ilkin sənədləri oktyabrın 30-na qədər, tender təklifi və onun dəyərinin 2%-i qədər bank təminatını isə noyabrın 7-nə qədər BNA-nın Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 111 ünvanındakı ofisinə təqdim etməlidirlər. Əlaqələndirici şəxs Tural Mahmudovdur (tel.: (012) 404 41 20, daxili (4185)).

Təkliflərə noyabrın 8-da, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər.

Xatırladaq ki, hazırda yalnız Bakının "Sovetski” adlanan ərazisindəki piyada səkilərində və keçidlərdə 34 ədəd pandus var.