Somalidə silahlılar nəzarət-buraxılış məntəqəsinə hücum edib, 7 nəfər həlak olub


Dünya 09 Okt 2017 12:27:03 290 0

Somalidə silahlılar nəzarət-buraxılış məntəqəsinə hücum edib, 7 nəfər həlak olub

Hadisə zamanı 13 nəfər yaralanıb

"Əl-Şabab" terror qruplaşmasının silahlıları Somalidə Puntlend yarım-muxtar bölgəsindəki nəzarət-buraxılış məntəqəsinə (NBM) hücum təşkil ediblər.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, hücum nəticəsində silahlılar polisi NBM-i tərk etməyə məcbur edib.

Silahlı toqquşma nəticəsində 7 nəfər - 4 dünc sakin və 3 polis əməkdaşı həlak olub, daha 13 nəfər yaralanıb.