"Fahişəlik mənə mübarizəni öyrətdi"


Digərləri 09 Okt 2017 12:25:00 325 0

"Fahişəlik mənə mübarizəni öyrətdi"

"Ögey atam qəddar insan idi və dərdimi danışmağa biri yox idi"

Yeni Zelandiyada yaşayarkən Sabrinna Valisce fahişə kimi həyatının böyük bir hissəsini insan alverinin dekriminallaşdırılması ilə bağlı kampaniyalara həsr edib.

İndi isə fikrini dəyişərək deyir ki, qadınlardan fahişə kimi istifadə edən kişilər cəzalandırılmalıdırlar. Julie Bindel bizə onun hekayəsini danışır.

Son.az BBC-yə istinadən bildirir ki, Sabrinna Valisce 12 yaşında ikən atası özünü öldürür. Bu onun həyatını büsbütün dəyişir. İki il ərzində anası yenidən ailə qurur və onlar Avstraliyadan Yeni Zelandiyanın Welington şəhərinə köçürlər. Burada isə onun həyatı acınacaqlı keçir.

"Mən özümü bədbəxt hiss edirdim," Valisce deyir.

"Ögey atam qəddar insan idi və dərdimi danışmağa biri yox idi."

Onun arzusu peşəkar rəqqasə olmaq idi və məktəbdə nahar vaxtı balet sinfi də qurmuşdu. Bu o qədər uğurlu alınır ki, məşhur rəqs qrupu Limbs orada gəlib dərs verirmiş.

Lakin heç iki ay keçməmiş o, küçədə fahişəlik etməyə məcbur qalır.

Məktəbdən evə qayıdan yolda parkdan keçərkən bir kişi ona seks müqabilində 100 dollar təklif edir.

"Məktəbli formasında idim və bunu etdiyimi heç kəs anlaya bilməzdi," o deyir.

Valisce pulu Auckland-ə köçmək üçün istifadə edir və burada Gənc Kişilərin Xristian Birliyinə (ingiliscə YMCA) üz tutur.

"Kömək üçün kiməsə zəng vurmaq istəyirdim. Yataqxananın həyətindəki telefon kabinəsinə girdim və bir nömrə yığdım. Məşğul göstərdiyinə görə gözləməyə qərar verdim," o deyir.

"Elə bu zaman mənə polislər yaxınlaşdılar və nə etdiyimi soruşdular. 'Telefondan istifadə etmək üçün gözləyirəm', dedim."

Polislər telefonu istifadə etmək üçün başqa heç kimin olmadığını dedilər. Onlara elə gəlirdi ki, "son dərəcə ağıllıdırlar", Valisce deyir - amma əsl səbəbini izah edəndə dediklərimi anlamadılar.

"Onlar üzərimi axtardılar ki, kondom olub-olmadığını bilsinlər. Çünki YMCA, fahişəxanalar ilə dolu Karangahape Küçəsinin arxasında yerləşirdi.

"Sözün düzü, elə bu zaman pul qazanmaq yolunu tapdım. Polislər məni qorxutsalar da, bilirdim ki, pul qazana bilməsəm, küçələrə düşməyə məcbur qalacağam və məni indi də divara sıxıb, axtarış apararaq qorxu və hədə gəlirdilərsə, demək ki, fahişə olub-olmamağımın heç bir fərqi olmayacaqdı."

Valisce Karangahape Küçəsinə gedir və orada işləyən bir qadından məsləhət istəyir.

O, Valisce-ə işləyə biləcəyi iki dalan göstərir.

"O, mənə kondom da verdi və qiymətləri və o qiymətlər müqabilində edə biləcəyim şeyləri başa saldı. Çox yaxşı qadın idi. Yaşı az olsa da, Samoan-nın bu işlə çoxdan məşğul olduğu bilinirdi."

İki il küçələrdə işlədikdən sonra, 1989-cu ildə Valisce, Christchurch-də yerləşən Yeni Zelandiya Fahişəlik Kollektivinə (ingiliscə NZPC) baş çəkir.

"Oraya kömək almaq məqsədilə yaxınlaşmışdım. Fahişəlikdən qurtulmaq istəyirdim, amma mənə qoruyuculardan başqa heç bir şey təklif edən olmadı," o deyir.

O həmçinin, hər cümə günü kollektivin təşkil etdiyi şərab və pendir yığıncağına dəvət alır.

"Onlar 'seks işçilərinə' qarşı olan stiqmanın pis bir şey olduğunu müzakirə edir və deyirdilər ki, başqa işlər kimi fahişəlik də pul qazanmaq növüdür," Valisce xatırlayır.

Belə olduqda o, gördüyü işi məqbul qəbul etməyə başlayır.

O, kollektivin masaj salonunun koordinatoru kimi işləməyə başlayır və vasitəçilik də daxil olmaqla insan alverinin bütün aspektlərinin dekriminallaşdırılması üzrə kampaniyaların müdafiəçisinə çevrilir.

"Elə bilirdim ki, bir inqilab baş verəcək. Dekriminallaşdırmanın qadınlar üçün yaxşı şeylər vəd etdiyinə ürəkdən inanırdım," o deyir.

Dekriminallaşdırma 2003-cü ildə qəbul olunur və Valisce, bu münasibətlə fahişəlik kollektivi tərəfindən təşkil olunan bayram məclisində iştirak edir.

Lakin az keçmədən o, sanki yuxudan ayılır.

Fahişəlik İslahatı Qanunu imkan verir ki, fahişəxanalar qanuni biznes kimi işləsin.

Birləşmiş Krallıq Daxili İşlər üzrə Seçki Komissiyası, insan alverinə qarşı müxtəlif yanaşmaları müzakirəyə çıxarıb. Buraya tam dekriminallaşdırma da daxildir. Amma Valisce deyir ki, bu Yeni Zelandiyada dəhşətli bir hal aldı və qanundan xeyir görən yalnız aradüzəldənlər və qumarbazlar oldu.

"Zənn edirdim ki, qanun qadınlara güc verəcək və hüquqlarını tanıdacaq," o deyir.

"Az keçmədən anladım ki, doğru olan bunun əksi imiş."

Problemlərdən biri o idi ki, fahişəxana sahibləri istədikləri qiymətə "hər şey daxil paketini" təklif edir və kişilər də qadınlarla istədikləri kimi davranırlar.


Xəbərə aid fotolar