İnstagram "kral"ı erməni rüsvay oldu VİDEO


Digərləri 09 Okt 2017 12:16:00 350 0

İnstagram "kral"ı erməni rüsvay oldu  VİDEO

İnstagram-ın "ulduzu" sayılan amerikalı erməni Den Bilzeryanın Las-Veqasdakı "qaçış"ı sosial şəbəkələrdə geniş müzakirə olunur.

Özünü "poker çempionu", "sabiq dəniz piyadası" kimi təqdim edən, İnstagram-da yarıçılpaq qadınlar, pul topaları, müxtəlif markalı avtomobillər və silahlarla fotolarını, videolarını paylaşan, habelə dəbdəbəli həyat tərzi keçirdiyini villalar, özəl təyyarələr və s. ilə ön plana çəkmək istəyən Den Bilzeryan, əslində, marionetdir. O, uğurlu marketolorq gedişi, uydurma həyatı vasitəsilə məşhurlaşdırılan adamdır.

Və bu adam ABŞ-ın Nevada ştatındakı Las-Veqas şəhərində yaşanan gülləbaranda qaçarkən çəkdiyi videonu İnstagram-da paylaşıb.

"Mandalay Bay" otelinin 32-ci mərtəbəsindən musiqi festivalına yığışmış insanları atəşə tutan, 59 nəfərin ölümünə, 527 nəfərin yaralanmasına səbəb olan 64 yaşlı Stiven Peddokun qanlı əməlindən yararlanmaq istəyən Den Bilzeryan "hamı kimi mən də qaçdım" deyir kameraya.

"Tanrım, bu qızı lənətə gəlmiş başından vurdular. Sərsəmlikdir!" - tövşüyən "İnstagram kralı" kameraya baxaraq deyib.

Onun sözlərinə görə, insanları atəşə tutan adama müqavimət göstərmək üçün tapançasını götürməyə qaçırmış.

Sabiq dəniz piyadası Dakota Meyer erməni Bilzeryanı rüsvay edib: "Bu hadisə bir daha göstərir ki, İnstagram-dakı fotolara və daimi təqibçilərin sayına görə qəhrəman seçməyə dəyməz. Qadın başından güllə yarası alıb, bu erməni isə kamera ilə çəkiliş edərək qaçır".