Samuxda avtomobil maneə çırpılıb, xəsarət alanlar var


Sosial 09 Okt 2017 11:59:35 385 0

Samuxda avtomobil maneə çırpılıb, xəsarət alanlar var

Faktla bağlı araşdırma aparılır

Samux rayonunda avtomobil qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qırmızı Samux kəndi ərazisində qeydə alınıb.  

Kənd sakini, 1984-cu il təvəllüdlü Musayev Elman Ələsgər oğlu idarə etdiyi "VAZ-2107" markalı avtomobili maneyə çırpıb. Nəticədə özü və sərnişini xəsarət alıb. Həkimlər sərnişinin vəziyyətini normal, sürücünün durumunu isə orta-ağır kimi qiymətləndiriblər. 

Faktla bağlı araşdırma aparılır.