Bakıda piyada özünü maşınların altına atır


Digərləri 09 Okt 2017 11:50:00 320 0

Bakıda piyada özünü maşınların altına atır

Bakıda yolda qəribə hadisə baş verib. 

Son.az baku.ws-yə istinadən xəbər verir ki, Neftçilər metro stansiyasının yaxınlığında bir nəfər piyada özünü avtomobillə hərəkət edən sürücünün qarşısına atıb. 

Avtomobilin videoregistratoruna düşən görüntülər hər şeyi gözlər önünə sərir. Kadrlardan da göründüyü kimi piyada avtomobil yaxınlaşmamış özünü yerə atır. Bu yolla sürücülərə təzyiq edən şəxs dələduzluq edir və qazanc əldə etməyə çalışır. 

Ancaq bu dəfə piyadanın çirkin əməli baş tutmayıb.