Arvadını yandıran polisin cəzası azaldıdı


Digərləri 09 Okt 2017 11:51:21 326 0

Arvadını yandıran polisin cəzası azaldıdı

Keçmiş arvadını öldürüb sonra yandırmaqda təqsirləndirilən polis əməkdaşı Samir Əliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Abid Abdinbəyovun icraatında olan prosesdə qərar elan olunub. Qərara əsasən, hökm dəyişdirilib. S.Əliyev barəsindəki 20 illik cəza 1 il azaldılaraq 19 ilə endirilib. 

Qeyd edək ki, DİN-in sabiq əməkdaşı S.Əliyev 2015-ci ildə boşandığı həyat yoldaşı Natəvan Əliyevanı öldürərək yandırmaqda təqsirləndirilir.