DİQQƏT! Bu yolda hərəkət qismən mədudlaşdırılacaq
Digərləri 09 Okt 2017 11:55:00 398 0
9-10 oktyabr tarixlərində saat 11:00-dan axşam saat 18:00-dək Xəzər rayonu Zuğulba prospektində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
"Azəravtoyol" ASC-dən Son.az-a verilən məlumata görə, adı çəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən mədudlaşdırılacaq (yol bağlanmayacaq).
Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.
Mənbə: milli.az