Yerevanın mərkəzi yandı - Ölən və yaralanan var


Digərləri 09 Okt 2017 11:50:00 289 0

Yerevanın mərkəzi yandı - Ölən və yaralanan var

Yerevanın mərkəzində yaşayış evində baş vermiş yanğın nəticəsində bir nəfər həlak olub

Bakı. Yerevanın mərkəzində yaşayış evində güclü yanğın baş verib. Trend-in məlumatına görə, erməni KİV-ləri yanğın nəticəsində bir nəfərin həlak olması barədə xəbər yayıblar. Hadisə nəticəsində daha bir nəfərin xəsarət aldığı bildirilir. Məlumata görə, yanğın 3-cü mərtəbədə başlayıb. Hazırda yanğının qarşısının alınması üçün 4 yanğınsöndürən maşın cəlb edilib.