Xəzərdə gəmilər həyəcan siqnalı ilə qaldırıldı,


Dünya 09 Okt 2017 11:46:10 355 0

Xəzərdə gəmilər həyəcan siqnalı ilə qaldırıldı,

Rusiya Xəzər dənizində növbəti qəfil hərbi təlimlərə başlayıb.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, Cənub həbi dairəsinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, bu gün səhər Rusiyanın Xəzər donanması qəfil həyacan siqnalı ilə qaldırılıb. 20-dən çox müxtəlif tipli hərbi gəmi bazalarını tərk edərək dənizə çıxıb və təlim üçün təyin edilmiş rayona doğru istiqamət alıb. Təlimlərdə raket gəmiləri, kiçik raket gəmiləri və artilleriya gəmiləri, habelə desant katerləri iştirak edir.

Gəmilərin heyəti təlimin gedişində dəniz, sahil və hava hədəflərinə müxtəlif tipli silahlardan atəş açacaq. Bundan əlavə gəmilər sutkanın müxtəlif vaxtlarında birgə üzməni sınaqdan keçirəcəklər. Cənub hərbi dairəsi təlimlərin "planlı xarakter daşıdığını" bildirir.