Anar Məmmədxanovun xanımının 2 min manatlıq itini oğurladılar FOTO


Digərləri 09 Okt 2017 11:37:12 353 0

Anar Məmmədxanovun xanımının 2 min manatlıq itini oğurladılar  FOTO

Bakıda "caucau" cinsli it oğurlanıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu Mərdəkan qəsəbəsində baş verib. Paytaxt sakini, 1970-ci il təvəllüdlü İradə Məmmədxanova polisə müraciət edərək bildirib ki, "caucau" cinsli iti bağ evinin qarşısında naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb.

Müraciət əsasında axtarış tədbirləri həyata keçirilir.   Qeyd edək ki, iti oğurlanan qadın "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı, mərhum deputat Anar Məmmədxanovun həyat yoldaşıdır.    Onu da bildirək ki, "caucau" cinsi itlərin qiyməti 2 min manatdan yuxarıdır. 


Xəbərə aid fotolar