Bu yolda hərəkət qismən mədudlaşdırılacaq


Digərləri 09 Okt 2017 11:37:39 260 0

Bu yolda hərəkət qismən mədudlaşdırılacaq

9-10 oktyabr tarixlərində saat 11:00-dan axşam saat 18:00-dək Xəzər rayonu Zuğulba prospektində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Bakı. Samir Əli - 9-10 oktyabr tarixlərində saat 11:00-dan axşam saat 18:00-dək Xəzər rayonu Zuğulba prospektində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. "Azəravtoyol” ASC-dən Trend-ə verilən məlumata görə, adı çəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən mədudlaşdırılacaq (yol bağlanmayacaq). Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.