Azərbaycan İpoteka Fondu sığortaçı seçir


İqtisadiyyat 09 Okt 2017 10:47:21 372 0

Azərbaycan İpoteka Fondu sığortaçı seçir

Fond əməkdaşlarının tibbi sığortalanması üzrə xidmətlərin satın alınmasına dair açıq tender elan edib

“Azərbaycan İpoteka Fondu” ASC (AİF) əməkdaşlarının tibbi sığortalanması üzrə xidmətlərin satın alınmasına dair açıq tender elan edib.

“Report” AİF-ə istinadən xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.

İddiaçılar ilkin sənədləri noyabrın 14-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə noyabrın 23-nə qədər Fonda (Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 40 ünvanına) təqdim etməlidirlər (tel.: (012) 441-24-23 (daxili 110)).

Təkliflərə noyabrın 24-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. Əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli xidmətlər üzrə xidmət təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni xidmətlərin təklif edilən qiymətinin 20%-i qədər güzəştli düzəliş tətbiq ediləcək. Xidmətin icra müddəti 1 ildir. 

Xatırladaq ki, AİF 2005-ci ildən fəaliyyət göstərən Azərbaycan Mərkəzi Bankı yanında İpoteka Fondunun bazasında ötən il avqustun 18-də yaradılıb. Onun nizamnamə kapitalı 366 mln. manatdır.