Pakistanın keçmiş baş nazirinin kürəkəni hava limanında saxlanılıb


Dünya 09 Okt 2017 10:59:50 361 0

Pakistanın keçmiş baş nazirinin kürəkəni hava limanında saxlanılıb

Məhəmməd Səfdar həyat yoldaşı Məryəm Navazla birlikdə Londondan qayıtdığı İslamabad hava limanında saxlanılıb

Pakistanın Milli Qeydiyyat və Nəzarət Bürosunun (NAB) əməkdaşları antikorrupsiya işi çərçivəsində ölkənin keçmiş baş naziri Navaz Şərifin kürəkəni Məhəmməd Səfdarı saxlayıblar.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, M.Səfdar həyat yoldaşı Məryəm Navazla birlikdə onu məhkəmə qarşısınıa çıxarmalı olan NAB-nin 6 əməkdaşının müşayiəti altında Londondan qayıtdığı İslamabad hava limanında saxlanılıb.

Qeyd edək ki, məhkəmə korrupsiya işi üzrə dinləmələrə qatılmadığına görə M.Səfdarın tutulmasına dair order verib.

Bununla yanaşı, Pakistan Müsəlman Liqası (N) Partiyasının tərəfdarlarının qarşıladığı M.Səfdarın həyat yoldaşı aeroportu sərbəst şəkildə tərk edib.

Xatırladaq ki, M.Səfdara qarşı məhkəmə istintaqı keçmiş baş nazir, ailəsi və yaxınlarına qarşı başlanmış dörd ayrı məhkəmə çəkişməsi çərçivəsində sentybar ayından etibarən aparılır. Siyasətçinin ailəsinə qarşı cinayət işi daha əvvəl ibtidai istintaqın yekunuda N.Şərifi hakimiyyətdən uzaqlaşdıran Ali Məhkəmənin Komissiyasının qərarı ilə başlanılıb.