Xızı sakini qasıq nahiyəsindən bıçaqlanaraq öldürülüb


Sosial 09 Okt 2017 11:05:00 367 0

Xızı sakini qasıq nahiyəsindən bıçaqlanaraq öldürülüb

Faktla bağlı araşdırma aparılır

Xızı rayon sakini qətlə yetirilib.

“Report”un xəbərinə görə, hadisə rayonun Şuraabad qəsəbəsində baş verib.

Belə ki, qəsəbə sakini 41 yaşlı Səfər Zamanov qasıq nahiyəsindən bıçaqlanıb. O, xəstəxanaya aparılan zaman dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.