Kamran Əliyev: "Bank sahəsi ilə bağlı şikayətlər artıb"


Siyasət 09 Okt 2017 11:30:38 349 0

Kamran Əliyev: "Bank sahəsi ilə bağlı şikayətlər artıb"

"Mənzil-tikinti sahəsində, bank olmayan kredit təşkilatlarının vəzifəli şəxsləri şəxsləri barəsində cinayət işləri istintaq olunur"

"Bu il 215 vəzifəli şəxs barəsində 155 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib".

"Report"un xəbərinə görə, bunu baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi Kamran Əliyev deyib.

O bildirib ki, hazırda idarənin icraatında 118 cinayət işi istintaq olunur.

K.Əliyev qeyd edib ki, bank sahəsi ilə bağlı şikayətlər artıb: "Mənzil-tikinti sahəsində, bank olmayan kredit təşkilatlarının vəzifəli şəxsləri şəxsləri barəsində cinayət işləri istintaq olunur".