Kamran Əliyev: "Kibercinayətkarlıq bu halda daha təhlükəli olur"


Digərləri 09 Okt 2017 11:15:00 303 0

Kamran Əliyev: "Kibercinayətkarlıq bu halda daha təhlükəli olur"

Bu gün Bakıda kibercinayətkarlıq mövzusunda regional konfrans keçirilir.

Son.az Trend-ə istanadən xəbər verir ki, Avropa Şurası (AŞ), Avropa İttifaqı (Aİ), Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycanın Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə dünyanın müxtəlif ölkələrindən 70-ə yaxın iştirakçı qatılıb.

Tədbiri giriş sözü ilə açan Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev konfransın əhəmiyyətindən və kibercinayətkarlığa qarşı mübarizədən danışıb.

K.Əliyev bildirib ki, kibercinayətkarlıq ən təhlükəli cinayətlərdən biridir. O qeyd edib ki, internet dövrünün, informasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə kibercinayətkarlıq ən aktual məsələlərdən biridir.