Bakıda kibercinayətkarlıq mövzusunda regional konfrans keçirilir (FOTO)


Digərləri 09 Okt 2017 11:32:07 320 0

Bakıda kibercinayətkarlıq mövzusunda regional konfrans keçirilir (FOTO)

Beynəlxalq Prokurorlar Assosiasiyasının təşəbbüsü, Azərbaycan Prokurorluğunun təşkilatçılığı ilə Bakıda kibercinayətkarlıq mövzusunda regional konfrans işə başlayıb.

Bakı. Elçin Mehdiyev - Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) təşəbbüsü, Azərbaycan Prokurorluğunun təşkilatçılığı ilə Bakıda kibercinayətkarlıq mövzusunda regional konfrans işə başlayıb. Trend-in məlumatına görə, Konfransda kibercinayətkarlığa qarşı mübarizə üzrə müxtəlif qurumları, həmçinin region ölkələrini təmsil edən 70-yə yaxın qonaq iştirak edir. Azərbaycan Baş prokurorunun müavini – Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev kibercinayətkarlığın müasir dövrdə ən təhlükəli cinayətkarlıqlardan olduğunu, XXI əsr informasiya texnologiyaları əsri olduğu üçün kibercinayətkarlığın da olduqca aktual olduğunu bildirib. Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi Kamal Cəfərov deyib ki, kibercinayətkarlıq dünyada ən təhlükəli cinayətkarlıqlardandır, lakin bir o qədər də ciddi araşdırılmayıb BPA-nın baş katibi, Assosiasiyanın kibercinayətkarlığa qarşı mübarizə şöbəsinin rəisi Han Moraal qeyd edib ki, böyük sosial problemlərə səbəb olan kibercinayətkarlığa qarşı mübarizə güclü beynəlxalq əməkdaşlığın qurulmasını tələb edir. Konfrans işini sessiyalarla davam etdirir.