Bank sahəsi ilə bağlı şikayətlər artıb


Digərləri 09 Okt 2017 11:33:00 252 0

Bank sahəsi ilə bağlı şikayətlər artıb

Bu il Azərbaycanda 215 vəzifəli şəxs barəsində 155 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib.

Bakı. Elçin Mehdiyev – Bu il Azərbaycanda 215 vəzifəli şəxs barəsində 155 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib. Trend-in məlumatına görə, bunu Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev jurnalistlərə deyib. K.Əliyev bildirib ki, hazırda idarənin icraatında 118 cinayət işi istintaq olunur. Onun sözlərinə görə, bank sahəsi ilə bağlı şikayətlər artıb: "Mənzil-tikinti sahəsində, bank, bank olmayan kredit təşkilatlarının vəzifəli şəxsləri barəsində cinayət işləri istintaq olunur".