Türkiyənin Fulini, Zemfirasayağı sənətçilərimiz, söyüşcül Kənan


Şou-biznes 09 Okt 2017 09:15:00 372 0

Türkiyənin Fulini, Zemfirasayağı sənətçilərimiz, söyüşcül Kənan

Son.az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (143-cü say) təqdim edir.

Əməkdar artist Naibə Allahverdiyeva deyib ki, sənətdə irəliləmək üçün istedaddan, çalışqanlıqdan başqa həm də şans və arxan olmalıdır. Tamamilə doğrudur. Bu açıqlamanı bir dəfə də Cennifer Lopezin dilindən eşitmişəm. Ona görə də Naibə xanıma haqq qazandırıram.

Xalq artisti Məleykə Əsədova həmkarı Ramiz Məliki bağışlamayıb. Yadınızdadırsa, Ramiz Məlik Əsədova haqda burada yaza bilməyəcəyim ifadələr səsləndirmişdi. Sonradan üzrxahlıq da etdi. Amma üzrxahlıq "gömrükdən" keçə bilmədi və qəbul olunmadı. Ancaq deyim ki, xalq artisti daşıyan şəxsləri bu kimi şeylərə görə məhkəmələrdə görmək məyusedicidir. Onlar belə edəndən sonra mən "gecəsi iki minə seriala çəkilirəm" deyən aktrisalardan, aktyorlardan nə gözləmək olar?

Sənətçilərin ailə mövzuları barədə danışmaqları ayrı bir aləmdir də. Oxu, sonra gül ki güləsən. Bahar Lətifqızı da bu mövzuda maraqlı açıqlamalar verib. Yeri gəlmişkən, Bahar xanım üçcə dəfə ailə həyatı qurub. Həyatdır da, Zaur. Gətirməyəndə gətirmir.

Türkiyənin bir cavan müğənnisi var - Fulin. Bir həftədir gəzmədiyi radio, televiziya, sayt, qəzet qalmayıb. Oralarda səkkizinci dərəcəli sənətçidir ha. Bilmirəm, onu kim Azərbaycana gətirib. Ancaq görünən budur ki, qış aylarında solo konsertini də təşkil edəcəklər Fulinin. Yeri gəlmişkən, bizim yerli şou biznesdən Fulinlə müqayisə etməyə heç kimi tapmadım.