Bakıda kütləvi dava: 3 qardaş yaralandı


Digərləri 09 Okt 2017 09:33:00 279 0

Bakıda kütləvi dava: 3 qardaş yaralandı

Bakıda kütləvi dava düşüb, 3 qardaş ağır xəsarət alıb.

Son.az report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Ramana qəsəbəsində 33 yaşlı Qrubanov Niyaməddin Musa oğlu ilə tanışı arasında küçədə mübahisə düşüb.

Mübahisə əlbəyaxa dava ilə nəticələnib. Belə ki, 14 nəfər şəxs N.Qurbanov və onun qardaşları 29 yaşlı Qurbanov Şahmarı, 25 yaşlı Qurbansoy Mamedi döyərək onlara müxtəlif vasitələrlə ağır xəsarət yetiriblər. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.