Acun azərbaycanlı çobanı Türkiyəyə dəvət etdi:


Şou-biznes 09 Okt 2017 10:21:00 394 0

Acun azərbaycanlı çobanı Türkiyəyə dəvət etdi:

Bir zamanlar sosial şəbəkələrdə qoyun otararkən ifa zamanı çəkdiyi video ilə Azərbaycanda populyarlaşan Pərvin Səfərov "O səs Türkiyə" musiqi yarışına qatılıb.

Son.az xəbər verir ki, Neftçala rayonundan olan Pərvini məşhur mahnı yarışına TV8 telekanalının və sözügedən layihənin rəhbəri Acun Ilıcalı dəvət edib.

Sözləri İslam Səfərli, musiqisi Cahangir Cahangirova məxsus "Nazəndə sevgilim" mahnısını ifa edən Pərvin Səfərov 4 münsifdən 3-ünü (Murat Boz, Hadisə, Göhkan) özünə tərəf döndərməyi bacarıb.