Binəqədidə ev yanıb


Digərləri 09 Okt 2017 08:27:00 293 0

Binəqədidə ev yanıb

Bakı şəhərində yanğın olub.

Bakı. Bakı şəhərində yanğın olub. Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, şəhərin Binəqədi rayonunda ümumi sahəsi 200 m² olan ikimərtəbəli evin 2-ci mərtəbəsində 1 otağın yanar konstrukiyaları 18 m² sahədə, dəhlizin tavanı 5 m² və dam örtüyü 28 m² sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı qonşu evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.