Löv: "Bizim üçün rəqibin fərqi yoxdur"


İdman 09 Okt 2017 10:07:00 339 0

Löv: "Bizim üçün rəqibin fərqi yoxdur"

Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Almaniya Azərbaycanı 5-1 hesabı ilə üstələyib.

Goal.az xəbər verir ki, bundestimin baş məşqçisi Yoahim Löv oyunsonrası açıqlamasında qələbəni şərh edib:“Oyunçularımı təbrik edirəm. On qələbə göstərir ki, həmişə konsentrasiyanı yüksək səviyyədə saxlayıblar. Hər komanda bunu bacarmaz. 

Bizim üçün rəqibin fərqi yoxdur. İlk hissədə tam yaxşı oynamadıq, yavaş hərəkət etdik. Texniki səhvlərimiz oldu. Topu tez-tez öz qapıçımıza göndərirdik. Hamı bizdən yaxşı çıxış gözləyir. Ancaq gənclərə vaxt lazımdır. İkinci hissədə istədiyimizi edə bildik. Elə oynadıq ki, qollar gəlməli idi. İlk qoldan sonra müdafiəçilər ləng idilər. Azərbaycan komandası hücuma çıxa bilirdi və bizim oyunçular ağır hərəkət edirdilər. Qol vurmaq üçün tələsdik. İkinci hissədə bu problemi düzəltdik. Arxada yaxşı oynayanda, öndəkilər topu daha yaxşı qəbul edirlər”.