Şahin Bağırov: Azərbaycan kütləvi qırğın silahlarının yayılmasına qarşı ciddi mübarizə aparır


Digərləri 09 Okt 2017 10:24:00 279 0

Şahin Bağırov: Azərbaycan kütləvi qırğın silahlarının yayılmasına qarşı ciddi mübarizə aparır

Azərbaycanda kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması ilə bağlı vəziyyət ciddi nəzarət altındadır.

Bakı. Samir Əli - Azərbaycanda kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması ilə bağlı vəziyyət ciddi nəzarət altındadır. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədr müavini Şahin Bağırov deyib. O qeyd edib ki, Azərbaycan bu sahədə müstəqillik illərində təcrübə toplayıb: "Azərbaycan kütləvi qırğın silahlarının qeyri-qanuni daşınmasına qarşı davamlı olaraq ciddi mübarizə aparır. Bu sahədə bir sıra nailiyyətlərimiz var. Həm gömrük orqanları, həm Dövlət Sərhəd Xidməti, həm də prokurorluq və məhkəmə orqanları bu sahədə birgə fəaliyyət göstərir". Ş.Bağırov bildirib ki, bütün dünyada bu cür silahların və bu silahların hazırlanması üçün komponentlərin qanunsuz yolla daşınması halları var: "Azərbaycanda da bu məsələ diqqət mərkəzindədir. Ölkəmizin sərhədlərində kifayət qədər səmərəli tədbirlər görülür ki, bunun qarşısı alınsın. Xəzər dənizinin Azərbaycana aid hissəsində də bu məsələ ilə bağlı tədbirlər görülür. Müvafiq qurumlar, o cümlədən gömrük orqanları da bu tədbirləri həyata keçirir. Kütləvi qırğın silahları və onların komponentləri müxtəlif ölkələrdən gətirilə bilər. Bununla bağlı konkret ölkə adı çəkmək olmaz. Hazırda araşdırmalar davam edir".