Azərbaycana 26,3 milyon dollar yardım ayrılıb - Kütləvi qırğın silahları ilə bağlı


Digərləri 09 Okt 2017 10:30:00 296 0

Azərbaycana 26,3 milyon dollar yardım ayrılıb - Kütləvi qırğın silahları ilə bağlı

EXBS proqramı çərçivəsində kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycana 26,3 milyon dollar məbləğində avadanlıq və maliyyə yardımı ayrılıb.

Bakı. Samir Əli - 1999-cu ildən indiyə kimi EXBS proqramı çərçivəsində kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycana 26,3 milyon dollar məbləğində avadanlıq və maliyyə yardımı ayrılıb. Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin missiya rəhbərinin müavini Karter Vilbör deyib. O qeyd edib ki, Azərbaycan kütləvi qırğın silahlarına qarşı mübarizədə daim öz sadiqliyini göstərib.