Sakit okeanda 5,6 bal gücündə zəlzələ olub


Dünya 08 Okt 2017 18:55:57 310 0

Sakit okeanda 5,6 bal gücündə zəlzələ olub

Dağıntı və ya tələfat barədə məlumat daxil olmayıb

Sakit okeanda, Tonqo adaları yaxınlığında 5,6 bal gücündə zəlzələ olub.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 14:04-də qeydə alınıb. Zəlzələnin episentri Nukualofa şəhərindən 238 kilometr şimalda, zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Dağıntı və ya tələfat barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.