İsveçrənin mərkəzi vağzallarından birində insanlar təxliyyə olunub


Dünya 08 Okt 2017 19:13:38 359 0

İsveçrənin mərkəzi vağzallarından birində insanlar təxliyyə olunub

Hadisə yerinə minaaxtaranlar cəlb edilib

İsveçrədə partlayış təhlükəsi ilə əlaqədar mərkəzi vağzalda insanlar təxliyyə olunub.

"Report" "Sputnik.news.com"a istinadən xəbər verir ki, hadisə Lozanna şəhərinin mərkəzi vağzalında baş verib. 

Hadisəyə səbəb vağzalın mərkəzi hissəsində şübhəli əşyanın tapılması olub. Dayanacaqdakı qatar və avtomobillərin hərəkəti, eləcə də metronun gediş-gəlişi dayandırılıb. 

Hadisə yerinə minaaxtaranlar cəlb edilib.