"Liverpool"un sahibi dəyişə bilər


İdman 08 Okt 2017 16:33:00 268 0

"Liverpool"un sahibi dəyişə bilər

"Liverpool" klubun sahibi dəyişə bilər. Goal.az "The times" nəşrinə istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasının 7-ci turunda keçirilən "Newcastle United" - "Liverpool" (1:1) matçını Amanda Steyveli tribunadan izləyib. Bu şəxs ötən il "qırmızılar"ın səhmlərini almaq istəyən çinli investorların nümayəndəsi kimi klub rəhbərliyi ilə danışıqlar aparırdı. Mənbənin məlumatına görə "Liverpool"a ərəb işadamları da maraq göstərir. Səhmlərin qiyməti 1.2 milyard funt göstərilir. Hazırda klubun sahibi Amerikanın "FSG" qrupudur.